Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri məlum olub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 21 fevral tarixində xəbər verir.
45 idmançının mübarizə apardığı turnirdə Pnevmatik tapançadan atəşaçma yarışlarında qadınlar arasında Nigar Nəsirova (566 xal), kişilərin mübarizəsində isə Vladislav Kalmıkov (567 xal) qalib olublar.
Pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə İlahə İsmayılzadə (583,9 xal) və Ramiz Xəlilov (611,1 xal) birinci yeri tutublar.