Bakıda qadına işgəncə verən şəxsə hökm oxunub. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Seymur Şahəliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirkar qeyri-rəsmi münasibətdə olduğu qadına müxtəlif işgəncələr verib, ağzına qaynar su tökərək yandırıb. Daha sonra o, qadının 9 yaşlı qızını zorlayıb və oğlunu girov saxlayıb.
Bundan əlavə, təqsirkar qadının çılpaq videogörüntülərini çəkərək onu ərinə göndərəcəyi ilə hədələməklə ondan 50.000 AZN tələb edib. Qadın pulu verməkdən imtina etdiyi üçün o, həmin çəkilişin diskini qadının ərinə göndərib.
Xanımın şikayəti əsasında S.Şahəliyev tutulub.