İndoneziyalı rejissor Monti Tivanın eyniadlı əsəri əsasında Bakı şəhərində çəkilmiş “Leyli və Məcnun” (2019) bədii filmi “Netflix” platformasında populyar romantik filmlərin reytinqinə daxil edilib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Film Azərbaycana işləmək üçün gələn indoneziyalı müəllim Leylanın Samir adlı gəncə aşiq olmasından bəhs edir. Qəhrəmanlar birlikdə olmaq üçün bir çox sınaqlardan keçməli olacaqlar.
Filmdə əsas rolları Reza Rahadian və Aça Septrias ifa ediblər.