Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Məhərrəmovun məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun hökmünə əsasən, Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin noyabr ayında Nərimanov rayonunda baş verib. 47 yaşlı Kifayət İsayeva kirayə yaşadığı evdə münaqişə zamanı küt alətlə öldürülüb. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 41 yaşlı Elnur Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.