Azərbaycanda kollecin sabiq əməkdaşına elektron qolbaq taxılıb. Bu haqda 6 iyun tarixində Report məlumat verib.
Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin sabiq laboratoriya müdiri Səadət Əliyeva 8 nəfərə kollecə işə düzəlməsində köməklik göstərəcəyini vəd edib, işinə görə isə onlardan ümumilikdə 49.450 manat pul alıb.
Şikayətlər əsasında Əliyeva saxlanılıb və onun barəsində cinayət işi açılıb. Məhkəmənin hökmü ilə o, 2 il 6 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.