Bakıda keçiriləcək marafonla əlaqədar bir sıra mərkəzi küçələr bağlanacaq. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Bakı Şəhər Dövlət Yol Polisinə istinadən xəbər verir.
“Bakı Marafonu – 2023”-ün keçirilməsi ilə bağlı marafonun marşrutuna daxil olan yollarda hərəkət tam məhdudlaşdırılacaq. Məhdudiyyət 7 may saat 08:00-dan 14:00-a qədər davam edəcək.
Marafonun tam marşrutu aşağıdakı kimidir:
[caption id="attachment_99294" align="alignnone" width="706"]
Foto açıq mənbədən[/caption]
Bayraq Meydanından Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi, yəni Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına qədər.