Bakının mərkəzi küçələrindən birində təmirə başlanılır. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Səbail rayonunun Zərifə Əliyeva küçəsində Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək aparılacaq təmir işləri ilə əlaqədar 31 iyul saat 09:00-dan etibarən ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılır.
Sürücülərdən nəzərə almaqları xahiş olunur.