Bakı Ekspo Mərkəzində “Medinex” Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar və “Beauty Azerbaijan” Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi sərgilərinin açılışı olub. Bu haqda bu gün, 3 noyabr tarixində Report məlumat verib.
Sərgidə səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
Sərgidə dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya, Sloveniya, Türkiyə, Yaponiya və Əlcəzairdən 90-dan çox şirkət iştirak edir.
Hər iki sərgi noyabrın 5-dək davam edəcək.