Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə (inv. 3369) qanunsuz müdaxilənin qarşısını alıblar. Bu barədə 21 mart tarixində Mədəniyyət Nazirliyi məlumat yayıb.
Hazırda aparılan işlərin dayandırıldığı qeyd edilir. Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə ətraflı məlumat veriləcək.