Bakıda moped sürücüləri piyadalara təhlükə yaradıblar. Bu haqda 25 mart tarixində Avtosfer.az məlumat verib.
28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində moped və motosiklet sürücüləri tıxacda qalmamaq üçün səkiyə çıxıblar və orada hərəkət edərək piyadalara təhlükə yaradıblar.
Daha sonra işıqforun qırmızı işığına məhəl qoymayan sürücülər yolayrıcına daxil olaraq yollarına davam ediblər.