Cari həftənin şənbə günü – 20 aprel tarixində Bakıda iməcilik keçiriləcək. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Bakı şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yaz mövsümü ilə əlaqədar paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək. BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.