Bakıda matrın 24-də saat 19:00-dan 22:00-dək bir neçə məşhur tikili, o cümlərən Qız Qalası qırmızı rənglə işıqlandırılacaq.
Həmin aksiya Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunub və ictimaiyyətin diqqətini vərəmlə mübarizəyə cəlb etmək məqsədilə hər il dünyanın müxtəlif şəhərlərində keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün vərəm xəstəliyindən dünyada 4 min 500 nəfər həyatını itirir, 30 min nəfərdə isə bu xəstəliyə yoluxma faktları qeydə alınır.