10 noyabrda Bakıda Atatürkün anım günü qeyd edilib.
Oxu.az-a istinadən mərasim Atatürk abidəsi önündə keçirilib. Mərasimdə Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı, Türkiyə qurumlarının nümayəndələri və təhsil ocaqlarının tələbələri Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümünü hörmətlə anıblar. Türkiyə səfiri abidənin önünə əklil qoyub.
Həmçinin səfirliyin binasında tədbir keçirilib. Orada Atatürkün həyatından bəhs edən filmlər nümayiş etdirilib, şeirlər söylənilib, kompozisiyalar səsləndirilib.
[caption id="attachment_13567" align="alignnone" width="800"]
Foto Türkiyənin Azərbaycandakı Səfirliyinin Facebook səhifəsi[/caption]