Bakıda daha bir avtobusa “BakıKart” inteqrasiya edilib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Metronun “Azadlıq prospekti” ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 saylı sərnişin avtobusu nağdsız ödənişə keçib. Sözügedən avtobusdan istifadə edən 6000-dən artıq sərnişin bundan sonra “Bakı Kart”dan istifadə edə biləcək.
Digər avtobuslar da mərhələli şəkildə inteqrasiya ediləcəklər.