Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə narkotik gətirən qadınlara hökm oxunub. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İlahə Babayeva, Nərminə Kərimova və Lalə Məmmədovaya hökm oxunub və onların hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Babayevanın çantasından 1542 ədəd “Ecstasy”, uşaq yeməyinin içinə yerləşdirilən 320 qram kokain və 87 qram bonzay aşkarlanmışdır.
N.Kərimova və L.Məmmədovanın üzərində isə ümumilikdə 8 qram metamfetamin, 7 qram kokain və 70 həb preqabalin müsadirə edilmişdir.