Bakıda narkokuryerlik edən şəxslər tutulublar. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyatlar zamanı Məhəmməd Kərimov və tanışı, əvvəllər məhkum olunmuş Mirdamət Ağayev saxlanılıblar. Onlarda 15 kiloqram marixuana aşkar edilib.
M.Kərimov və M.Ağayev narkotikləri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşı, Əli adlı şəxsin göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər. Onlar vasitələri paytaxtın müxtəlif ünvanlarına çatdırmalı idilər.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam edir.