Azərbaycanın paytaxtında Novruz bayramının qeyd olunması ilə bağlı tədbirlər davam edir. Bu haqda bu gün, 21 mart tarixində Bakuplus.az məlumat verir.
Şəhərin tarixi hissəsi olan İçərişəhərdə müxtəlif şənliklər təşkil olunub. Qoşa qapı yaxınlığında kəndirbazlar, zorxanaçılar öz peşəkarlığını nümayiş etdirirlər. Həmin ərazidə, həmçinin yarmarka və konsert səhnəsi mövcuddur. İçərişəhərin müxtəlif yerlərində ustad dərsləri təklif olunur.
Axşam saatlarında canlı musiqi və DJ ifaları səsləndiriləcək.