Bakıda neçə binanın istismarına icazə verilməyib? Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun sözlərinə görə, müstəqillik dövrü ərzində Bakıda inşa edilən 67 binanın istismarına hələ də icazə verilməyib.
“2019-cu ildən bu günə qədər 8 milyon kvadratmetrdən artıq yaşayış sahəsi mənzil sahiblərinin mülkiyyətinə verillib. Təxminən 85.000 ailə öz mənzili üzərində mülkiyyət hüququ əldə edib”, - deyə E.Əsədov əlavə edib.