Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Fərqanə Quliyeva 44 yaşında cərrahi əməliyyatdan sonra vəfat edib.
Quliyeva Azərtac və Report agentliklərində çalışıbmış. O, Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilib. Müxtəlif şirkətlərdə tərcüməçi işləyib.