Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən qəzanı törədən 75 yaşlı Məmmədağa Məlikovun məhkəməsi yekunlaşıb. Bu haqda bu gün, 21 mart tarixində Oxu.az məlumat verib.
Hökm hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda oxunub. Məlikov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda qeydə alınıb. 74 yaşlı Məmmədağa Məlikov "VAZ-2107" markalı avtomobili idarə edərkən yolu keçən Salman Sadiqovu vurub. Piyada aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.