Bakıda polis şöbəsində rəhbərlik dəyişib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polis mayoru Cavid İsmayılzadə vəzifəsindən azad edilib. O, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə rəis təyin edilib.
Binəqədi rayonunun polis bölməsinə yeni rəis hələlik təyin olunmayıb.
Bununla bağlı Vilayət Eyvazov əmr imzalayıb.