Bakının polis orqanlarında kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Manset.az-a istinadən xəbər verir.
Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əşrəf Allahyarov tutduğu vəzifədən azad edilib. O, Yasamal Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinin icrası isə müvəqqəti olaraq idarənin rəis müavininə həvalə edilib.