Bakıda polis rəisi vəzifəsindən azad olunub. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyev vəzifəsindən azad edilib. O, təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.