Bakıda və respublika ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil verməyə davam edirlər. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Aprelin 25-də polis əməkdaşları paytaxtda və ölkənin müxtəlif rayonlarında 2 avtomat silahı, 1 qumbara, 5 tüfəng, 2 patron darağı və 60 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.