top
Bakıda qəbiristanlıqda özünə mənzil salan kişi sığınacağa yerləşdirilməsini istəyir
06 oktyabr 2022, 05:31
- ↺ +

Bakıda qəbiristanlıqda özünə mənzil salan kişi sığınacağa yerləşdirilməsini istəyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonunda 9 ildir ki, qəbiristanlıqda tənha kişi yaşayır. Bu haqda 6 oktyabr tarixində RealTV məlumat verib.

Məştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən təzə qəbiristanlıqda 35 yaşlı İlham Ağayev diri ikən buranı özünə mənzil seçib.

O, bir-birinə sıx yerləşən məzarların arasındakı daxmada yaşayır. Yarıqaranlıq otaq uçuq, sökük, qapısız, toz basmış, hörümçək toruna bürünmüş vəziyyətdədir. İlhamın dediyinə görə, bir zamanlar bura məscid olub. Indi isə xarabalığa bənzəyən yer nə dua üçün, nə də yaşamaq üçün uyğun deyil.

İlham Ağayev 8 saylı sanatoriya tipli internat məktəbində böyüyüb. İnternat məktəbini 9-cu sinifdən tərk edib və bir müddət kirayələrdə yaşayıb. Fəhləliklə məşğul olduğundan kirayəhaqqını ödəyə bilməyib və hazırda yaşadığı qəbiristanlığa gəlib.

“Bütün günüm qəbiristanlıqda keçir. Burada əzizlərini dəfn edən hər kəs artıq məni tanıyır. Necə biri olduğumdan xəbərdardırlar. Maddi baxımdan da köməkliklərini əsirgəmirlər. Lakin daha bu şəraitdə yaşamaqdan bezmişəm. Gecələr buranın vahiməsi, yayda istisi, qışda isə yatdığım yerin su olması mənim səhhətimə təsirsiz ötüşməyib. Bütün bu səbəblərdən məni evsizlər üçün nəzərdə tutulan sosial sığınacağa yerləşdirməyi istəyirəm”, - İlham Ağayev bildirib.

Faktla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Sosial Xidmətlər Agentliyinin mütəxəssiləri tərəfindən İlham Ağayevin qiymətləndirilməsi aparılacaq və qiymətləndirmənin nəticəsinə uyğun olaraq, agentliyin müvafiq müəssisəsinə yerləşdirilməsi təmin ediləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 13:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Oxşar xəbərlər