Bakıda quldurluq edən şəxsə hökm oxunub. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rəşad Allahverdiyev 8 il 6 ay, Feyruz Niftullayev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Cari ilin sentyabr ayında paytaxtın Sabunçu rayonunda təqsirkarlar Dərya Məhərrəmzadəni döymüş və onu bıçaqla hədələyərək mobil telefonunu oğurlamışdılar.