Bakıda fəaliyyət göstərən “Reo-Med” klinikası bağlanıb. Klinikanın girişində sözün əsl mənasında kilid asılıb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Mətbuat.az-a istinadən məlumat verir.
Bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir.
Daha öncə məlum olub ki, iki uşaq anası, 29 yaşlı Aybəniz Almuradova "Reo-Med" klinikasına liposaksiya üçün müraciət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Əməliyyatdan sonra qadın komaya düşüb və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilirlər.