Paytaxtda qanunsuz fəaliyyət göstərən heyvan satışı məntəqələri aşkarlanıb. Bu haqda 8 iyul tarixində Bizim.media xəbər verib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakıda monitorinq keçiriblər.
Yoxlamalar zamanı qanunsuz fəaliyyət göstərən 32 heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət 52 monitorinq qrupu yaradılıb və 400 dən çox əməkdaş Qurban bayramı günlərində kəsim və satış məntəqələrində yoxlamalara cəlb ediləcək.