Bakıda qanunsuz sərnişindaşımalara qarşı reyd keçirilib. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Reyd Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar, eləcə də avtobusla sərnişin daşıyanlara qarşı aparılıb. Onlar məsuliyyətə cəlb olunublar.
Həmçinin həmin sürücülər nəqliyyat vasitələrini hərəkətin intensiv olduğu ərazilərdə saxlayaraq sıxlığa səbəb olurdular.
[caption id="attachment_91115" align="alignnone" width="640"]
Foto Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi[/caption]