Qaradağ rayonu ərazisindəki stasionar postda qeyri-qanuni daşınmalarla bağlı reyd keçirilir. Bu haqda 12 oktyabr dövlət avtomobil nəqliyyatı xidmətinin rəis müavini Anar Rzayev Azərbaycan televiziyasına verdiyi müsahibədə bildirib.
Dövlət Yol Polisi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə həyata keçirdiyi reyd pandemiya dövründə yaranmış boşluqların nəzarət altına alınması məqsədilə keçirilir.
Həmin dövr ərzdinə qanunsuz sərnişindaşımaların artması əhaliyə göstərilən xidmətlərin keyfiyyətinə, onun təhlükəsizliyinə təhdid yaratdığından belə bir addımın atılmasına qərar verilib.
Dövlət yol polisi idarəsinin baş inspektoru Mübariz Ağayevin sözlərinə görə, bu tip sərnişindaşıma ilə məşğul olan şəxslər həm də sərnişinlərin həyatı üçün birbaşa təhlükə yaradır.