Bakıda 10 il əvvəl adam öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Zaur Sadıqov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2013-cü ilin 29 mart tarixində Sadıqov mübahisə zamanı narkotik aludəçisi olan İsmayıl Zeynalovu boğaraq öldürüb.