Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə yeni nəsil protezlər təqdim olunub. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Bir qrup müharibə əlili yüksək texnologiyalı protezlərlə təmin olunub.
Bu günə qədər 270 nəfər müharibə əlilinə 285 ədəd müasir 4-cü nəsil protezlər təqdim olunub.
Sözügedən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Onlar istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
[caption id="attachment_37632" align="alignnone" width="800"]
Foto Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı[/caption]