Bakıda “Sağlam Gələcəyin Proqnozlaşdırılması üzrə 2-ci illik Qlobal Sammit” çərçivəsində Azərbaycan Milli QHT Forumu tədbir təşkil edib. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tədbir zamanı yerli QHT-lər və sammitdə iştirak edən xarici təşkilatlar, QHT-lər, ekspert və beynəlxalq fondların nümayəndələri arasında görüş keçirilib, COP29 prosesinə töhfə verə biləcək məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İskəndərli, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva kimi şəxslər iştirak ediblər.
[caption id="attachment_141304" align="alignnone" width="640"]
Foto Report.az[/caption]