Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı çərçivəsində “Qoşulmama Hərəkatının COVID-19-dan sonra dirçəlişi” adlı tədbir keçirilir. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
“South Center”in İslam İnkişaf Bankı ilə birgə təşkil etdiyi görüşdə COVID-19-dan sonrakı dövrdə qurumun rolunun gücləndirilməsi ilə bağlı təkliflərə baxılıb.
Tədbir iştirakçıları, həmçinin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün üzv dövlətlərin inkişaf ehtiyaclarını və istəklərini dəstəkləmək üçün Qoşulmama Hərəkatının necə enerji ilə təmin oluna biləcəyini müzakirə edəcəklər.