Bakıda yeni dayanacaq pavilyonlarının quraşdırılması nəzərdə tutulur. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, paytaxt ərazisində 86 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulur.
"Ərazilər üzrə təhlillər aparılaraq ictimai nəqliyyat istifadəçiləri üçün dayanacaq məntəqələrində müvafiq şərait yaradılır. Belə ki, mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınaraq paytaxtda böyük, kiçik və dar səkilər üçün ikidayaqlı pavilyonlar quraşdırılır", – deyə qurum qeyd edib.