Meyiti quyuda tapılmış 4 yaşlı qızın döyülərək öldürüldüyü məlum olub. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Şübhəli şəxs Mehman Mansurovun azyaşlını müxtəlif vaxtlarda döydüyü, uşağın aldığı zərbələrdən dünyasını dəyişdiyi məlum olub. Daha sonra təqsirkar cəsədi quyuya ataraq üzərinə torpaq və daş töküb.
Faktla bağlı cinayət işi başlanılıb.
Daha öncə, 4 yaşlı Məryəmin atası ilə qaldığı və bəzən atasının onu qonşusu M.Mansurovun yanına qoyaraq işə getdiyi bildirilmişdir.