Bakıda öz evini əxlaqsızlıq yuvasına çevirən ər və arvada hökm oxunub. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Məhkəmədə bildirilib ki, Səbail rayonu, Xaqani küçəsində yaşayan cütlük həmin mənzili əxlaqsızlıq yuvasına çeviriblər. Onlar mənzildə cinsi əlaqələr üçün şərait yaradaraq 2019-2022 illərdə mütəmadi olaraq mənzili 30 manata kirayə veriblər.
Nəsimi Rayon Məkəməsində oxunan hökmə əsasən, 49 yaşlı R.S. 2 il, həyat yoldaşı, 47 yaşlı N.S. 1 il 6 ay müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza alıblar.