Bakıda rüşvət götürən baş həkim azadlığa buraxılıb. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
FHN Modul Hospitalının sabiq baş həkimi İmran Ağayev cəza müddətinin üçdə ikisini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.
İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilirdi. 22 aprel 2021-ci ildə tutulan həkim 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirmişdi.