“İrəli” Radio 2022-ci ilin ilk təcrübə proqramını elan edir. Bu haqda 27 yanvar tarixində “İrəli” İctimai Birliyi məlumat verib.
“İrəli” İctimai Birliyi radio aparıcısı olmaq istəyənlər üçün 3 ay müddətində ödənişsiz təlim təşkil edəcək. Təlimlər peşəkar jurnalistlər tərəfindən keçiriləcək və təlimlərdə iştirak edənlər praktiki bacarıqlara yiyələnəcəklər.
Proqramda iştirak etmək istəyənlər 15 fevral tarixinə kimi linkə daxil olub qeydiyyatdan keçə bilərlər.