Bakıda satılan İran məhsulları qanunidirmi? Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Belə ki, paytaxtda İran məhsulları satılan mağazalarda bəzi məhsulların üzərində Azərbaycan dilində heç bir məlumat yoxdur. Bu isə yerli sakinlərin narazılığına səbəb olur. Onlar nə aldıqlarını, məhsulun tərkibinin nə olduğunu görə bilmirlər.
Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı bildirib ki, məsuliyyət həm satıcı, həm də idxalçının üzərinə düşür. Əgər məhsulun üzərində Azərbaycan dilində açıqlama yoxdursa, onun vitrinlərə çıxarılması qadağandır.