Bakı və İraqın şəhərləri arasında təyyarə uçuşlarının bərpa olunması istiqamətində işlər gedir. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Azərbaycanın İraqdakı səfirliyindən bildirilib ki, Azərbaycandan İraqın Bağdad, Kərkük, Ərbil və Bəsrə şəhərlərinə uçuşlar bərpa olunacaq.
Həmçinin qeyd edilib ki, ailələri ilə səyahət edənlərə viza verilməsinə üstünlük veriləcək.