Bakıda heyvan kəsimi məntəqəsində qeyri-adi hadisə baş verib. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi reyd zamanı maraqlı hal yaşanıb.
Belə ki, heyvan kəsimi məntəqələrinin birində televiziya əməkdaşlarının iştirakı ilə keçirilən reyddə qəssablardan biri kameraya düşməmək üçün piştaxtanın altında gizlənib.
AQTA nümayəndəsinin onu görməsindən sonra gizləndiyi yerdən çıxmağa vadar olan şəxs qəssab olmadığını deyərək uzaqlaşıb.
Həmin məntəqədə standartlara uyğun olmadan kəsim aparılması halı aşkarlanıb.