Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verib.
10:22 - Bakıda sürət həddi endirildi
Bir sıra magistral yollarda sürət həddi endirilib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Yağıntılı hava şəraiti ilə əlaqədar hazırda Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Həmçinin məlumat taplolarında xəbərdarlıq mesajı göstərilib.
Sürücülərdən qaydalara əməl etmələri xahiş olunur.