Bakıda sabah hava mülayim keçəcək. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
31 iyul tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz isə 28-33 dərəcə isti olacaq.