Bakıda sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, 1 sentyabr tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26, gündüz isə 33-38 dərəcə isti olacaq.