Bakıda sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 19-24, gündüz isə 26-31 dərəcə isti olacaq.