Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb.
Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19, gündüz isə 22-26 dərəcə isti olacaq.