Bakı və Abşeron yarımadasında sabah üçün hava şəraiti açıqlanıb. Bu haqda bu gün, 20 mart tarixində Bakuplus.az Milli Hidrometeoroloji Xidmətə istinadən xəbər verir.
21 mart tarixində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Küləyin sürəti 8-13 m/s olacaq, arabir 15-18 m/s-a qədər qalxacaq. Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 12-16 dərəcə isti olacaq.