Bakıda və Abşeronda hava şəraiti dəyişəcək. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
2 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 15-20, gündüz isə 22-27 dərəcə isti olacaq.