Bakıda qeyri-sabit hava şəraiti davam edəcək. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
15 may tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz isə 16-19 dərəcə isti olacaq.